DİN: iki gün ərzində 68 şübhəli şəxs saxlanılıb
Avqustun 8-də və 9-da ölkə ərazisində polis əməkdaşları tərəfindən qeydə alınan 64, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması təmin olunub.
1news.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 63, o cümlədən borclu şəxs qismində axtarışda olan 30 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin narkotiklərlə əlaqəli 28, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər isə polis əməkdaşları tərəfindən saxlanılıb.
70












