ABŞ İrana qarşı doqquzuncu gecə hava zərbələri dalğasını başa çatdırıb | 1news.az | Xəbərlər
Dünya

ABŞ İrana qarşı doqquzuncu gecə hava zərbələri dalğasını başa çatdırıb

1news Redaksiyası08:42 - 20 / 07 / 2026
ABŞ İrana qarşı doqquzuncu gecə hava zərbələri dalğasını başa çatdırıb

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı ardıcıl doqquzuncu gecə həyata keçirilən hava zərbələri əməliyyatının başa çatdığını açıqlayıb.

1news.az xəbər verir ki, CENTCOM-un yaydığı məlumata görə, əməliyyat çərçivəsində komanda-idarəetmə mərkəzləri, sahil müşahidə məntəqələri, hava hücumundan müdafiə sistemləri, Hərbi Dəniz Qüvvələrinə məxsus obyektlər, eləcə də raket və pilotsuz uçuş aparatlarının yerləşdiyi mövqelər hədəfə alınıb.

Komandanlıq əməliyyatın nəticələri və dəyən zərərin miqyası ilə bağlı əlavə məlumat verməyib.

Paylaş:
755

Son xəbərlər

Lənkəranda zəlzələ olub

29 / 09 / 2026, 16:07
Bütün xəbərlər