Venesuelada baş verən zəlzələlərdə ölənlərin sayı 5 min 278-ə çatdı | 1news.az | Xəbərlər
Dünya

Venesuelada baş verən zəlzələlərdə ölənlərin sayı 5 min 278-ə çatdı

Oksana Orucova12:27 - Bu gün
Venesuelada baş verən zəlzələlərdə ölənlərin sayı 5 min 278-ə çatdı

Venesuelada iyunun 24-də baş verən iki güclü zəlzələ nəticəsində həyatını itirənlərin sayı 5 min 278 nəfərə yüksəlib.

1news.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriqes sosial media hesabında məlumat verib.

Onun sözlərinə görə, son açıqlamadan sonra ölənlərin sayı daha 70 nəfər artıb. Zəlzələlər nəticəsində yaralananların sayı isə 16 min 740 nəfərə çatıb.

Yerli KİV-in məlumatına görə, iyunun 24-dən indiyədək zəlzələ bölgəsində ümumilikdə 1405 afterşok qeydə alınıb.

Digər tərəfdən, Venesuelanın müvəqqəti dövlət başçısı Delsi Rodriqesin rəhbərliyi ilə paytaxt Karakasda keçirilən mərasimdə zəlzələdən zərər çəkmiş 240-dan çox ailəyə dövlət tərəfindən inşa edilən ilk yaşayış evləri təhvil verilib.

Delsi Rodriqes bildirib ki, zərərçəkən ailələrə hər ay yeni mənzillər təqdim ediləcək. İlin sonunadək 4 min mənzilin tikintisinin başa çatdırılması, 2027-ci ildə isə bu rəqəmin 10 mini ötməsi planlaşdırılır.

Qeyd edək ki, ABŞ Geoloji Xidməti (USGS) iyunun 24-də Venesuelada 39 saniyə fərqlə 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələnin baş verdiyini açıqlamışdı.

BMT-nin İnkişaf Proqramının (UNDP) iyunun 26-da yaydığı hesabata əsasən, zəlzələlərin vurduğu birbaşa fiziki ziyanın həcmi təxminən 6,7 milyard ABŞ dolları qiymətləndirilir.

Paylaş:
117

Son xəbərlər

Bütün xəbərlər