LIQUI MOLY Radius-a "Strateji pərakəndə satış və servis şəbəkəsi" statusu təqdim edib - FOTO - VİDEO
Dünyanın aparıcı motor yağı istehsalçılarından olan LIQUI MOLY Azərbaycanda fəaliyyət göstərən Radius şirkətinə "Strateji pərakəndə satış və servis şəbəkəsi" statusunu təqdim edib.
Bu barədə Radius-un təşkilatçılığı ilə keçirilən mətbuat konfransında məlumat verilib.
Bildirilib ki, bu status LIQUI MOLY tərəfindən yalnız şirkətin qlobal tərəfdaşlıq meyarlarına cavab verən tərəfdaşlara təqdim olunur. Yeni əməkdaşlıq çərçivəsində Radius Almaniyadakı baş ofisin texniki dəstəyi, beynəlxalq təlim proqramları, ekspert bilikləri və müasir servis standartlarından birbaşa yararlanacaq.
LIQUI MOLY-in İxrac üzrə direktor müavini Andreas Maydel bildirib ki, şirkət tərəfdaş seçərkən yalnız biznes nəticələrini deyil, bir sıra strateji meyarları nəzərə alır.
"Strateji tərəfdaş statusu heç vaxt təsadüfi verilmir. Biz tərəfdaşlarımızı seçərkən peşəkarlığa, etibarlılığa, xidmət mədəniyyətinə və uzunmüddətli əməkdaşlıq potensialına xüsusi önəm veririk. Radius bu meyarların hər birinə cavab verən şirkətdir. Güclü komanda, müasir servis yanaşması və keyfiyyətə sadiqlik Azərbaycanda seçimimizin məhz Radius olmasını şərtləndirdi."
Maydelin sözlərinə görə, LIQUI MOLY qlobal tərəfdaşlıq modelində satış göstəriciləri ilə yanaşı, servis infrastrukturu, müştəriyönümlü yanaşma və beynəlxalq standartlara uyğun fəaliyyət də əsas qiymətləndirmə meyarları hesab olunur.
Tədbirin sonunda LIQUI MOLY tərəfindən təsis edilmiş "Strateji pərakəndə satış və servis şəbəkəsi" statusunu təsdiq edən sertifikat Radius-a təqdim olunub
.



















