Peşə təhsilində qadınların ən çox seçdiyi ixtisaslar AÇIQLANDI | 1news.az | Xəbərlər
Cəmiyyət

Peşə təhsilində qadınların ən çox seçdiyi ixtisaslar AÇIQLANDI

Ayşən Salehli12:01 - Bu gün
Peşə təhsilində qadınların ən çox seçdiyi ixtisaslar AÇIQLANDI

“Əgər 2022-ci ildə qəbul olan tələbələr arasında qadınların payı 32% idisə, 2025-ci ildə bu göstərici artıq 40%-ə yüksəlmişdir”.


 1news.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı brifinqdə çıxışı zamanı bildirib.
“​Rəqəmlə ifadə etsək, əgər 2022-ci ildə təqribən 6 min nəfər qadın peşə tələbəsi adını qazanmışdısa, 2025-ci ildə bunların sayı 10.500 nəfərə yaxın olmuşdur. Bu da qəbul olan qadınların sayının əhəmiyyətli şəkildə təqribən 70%-ə yaxın artımı deməkdir.


​Bu, qadınların peşə seçiminin yalnız ənənəvi sahələrlə məhdudlaşmadığını da göstərir.
​Qadınların daha çox üstünlük təşkil etdiyi istiqamətləri burda sıralamışıq. Burda bu ixtisaslar sırasında dayə, laborant-mikrobioloq, moda və geyim dizaynı, gözəllik xidmətləri və qənnadçılıq yer alır.
​Qarşıdakı dövrdə biz qadınların texniki, sənaye və informasiya texnologiyaları istiqamətində də iştirakının artırılmasını hədəfləmişik”.

Paylaş:
100

Son xəbərlər

Bütün xəbərlər