Sabiq prokuror vəfat etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabiq prokuror vəfat etdi

First News Media13:45 - Bu gün
Sabiq prokuror vəfat etdi

Azərbaycan Baş Prokurorluğunun veteranı, ədliyyə müşaviri Füzuli Musayev vəfat edib.

1news.az Shimal.News-a istinadən xəbər verir ki, uzun illər prokurorluq orqanlarında çalışmış məmur yaşadığı evdə ürəktutması nəticəsində dünyasını dəyişib.

1992-ci ildə prokurorluq orqanlarında qulluğa başlayan F.Musayev Daşkəsən, Samux və Tovuz rayon prokurorluqlarında müstəntiq və böyük müstəntiq, Zaqatala Rayon Prokurorluğunda isə prokuror müavini vəzifəsində çalışıb.

O, sonrakı illərdə Sabirabad və Şamaxı rayonlarının prokuroru, həmçinin prokurorluq orqanlarında müxtəlif məsul vəzifələrdə xidmət göstərib.

Paylaş:
50

Son xəbərlər

Bütün xəbərlər