Buzovnada “BYD”yə çırpılan “Niva” aşdı
Bu gün paytaxtın Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Şağan-Buzovna yolunda “Niva” markalı minik avtomobili dönmə manevri edən “BYD” markalı avtomobilə çırpılaraq aşıb.
Nəticədə “Niva”da olan 1 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb və xəstəxanaya aparılıb.
Bildirilib ki, hadisə vaxtı “Niva” markalı avtomobil yüksək sürətlə hərəkət edirmiş.
67












