Türkmənistan Xəzərdə gəmilərə endirilən zərbələri pislədi | 1news.az | Xəbərlər
Dünya

Türkmənistan Xəzərdə gəmilərə endirilən zərbələri pislədi

Qafar Ağayev13:11 - Bu gün
Türkmənistan Xəzərdə gəmilərə endirilən zərbələri pislədi

Türkmənistan Ukrayna Silahlı Qüvvələrinin Xəzər dənizində gəmilərə endirdiyi zərbələri pisləyərək, bu cür hərəkətlərin yolverilməz olduğunu bəyan edib.

1news.az xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda vurğulanıb ki, Xəzər dənizi "sülh, qarşılıqlı anlaşma və mehriban qonşuluq dənizi" olaraq qalmalıdır və regionda təhlükəsizliyə xələl gətirə biləcək istənilən hərəkət qəbuledilməzdir.

Xatırladaq ki, bundan əvvəl İran iyulun 25-də ölkənin ticarət gəmisinə hücum edildiyini açıqlamışdı. Məlumata görə, hadisə nəticəsində bir dənizçi həlak olub, daha bir nəfər isə yaralanıb.

Paylaş:
52

Son xəbərlər

Bütün xəbərlər