Məhkum tərəfindən həbs edilməmişdən əvvəl gizlədilən tapança aşkarlandı - Birgə əməliyyat | 1news.az | Xəbərlər
Cəmiyyət

Məhkum tərəfindən həbs edilməmişdən əvvəl gizlədilən tapança aşkarlandı - Birgə əməliyyat

Qafar Ağayev12:17 - Bu gün
Məhkum tərəfindən həbs edilməmişdən əvvəl gizlədilən tapança aşkarlandı - Birgə əməliyyat

Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib.

1news.az xəbər verir ki, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Xətai rayonu, Şahin Səmədov küçəsi 25 ünvanında dəmir yol xəttinin yaxınlığında gizlədilmiş 1 ədəd "Makarov PM" markalı tapança, ona məxsus 1 ədəd daraq və 6 ədəd ədəd güllə aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
69

Son xəbərlər

Bütün xəbərlər