DSMF I yarımildə 110 minə yaxın elektron arayış verib | 1news.az | Xəbərlər
Cəmiyyət

DSMF I yarımildə 110 minə yaxın elektron arayış verib

1news Redaksiyası10:07 - 29 / 07 / 2026
DSMF I yarımildə 110 minə yaxın elektron arayış verib

Bu ilin yanvar-iyun ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə 109 457 elektron arayış alınıb.

Bu barədə 1news.az-a Fonddan məlumat verilib.

Məlumata əsasən, bu arayışların 50 587 pensiya, 26 235 müavinət və təqaüd, 22 025 fərdi şəxsi hesab, 4 008 ünvanlı dövlət sosial yardımı, 1 146 ünvanlı dövlət sosial yardımı ödənişləri, 1 257 sağlamlıq imkanları məhdud olan uşaqlar, 4 199 əlilliyi olan şəxslərə qulluqla bağlı olub.

Paylaş:
207

Son xəbərlər

Lənkəranda zəlzələ olub

29 / 09 / 2026, 16:07
Bütün xəbərlər