Yaponiyada 7,1 bal gücündə zəlzələdə həlak olanların sayı 13-ə çatdı | 1news.az | Xəbərlər
Dünya

Yaponiyada 7,1 bal gücündə zəlzələdə həlak olanların sayı 13-ə çatdı

Oksana Orucova09:46 - Bu gün
Yaponiyada 7,1 bal gücündə zəlzələdə həlak olanların sayı 13-ə çatdı

Yaponiyanın Kumamoto prefekturasında dünən baş verən 7,1 bal gücündə zəlzələ nəticəsində həyatını itirənlərin sayı 13 nəfərə yüksəlib.

1news.az xarici mətbuata istinadən xəbər verir ki, Yaponiyanın dövlət televiziya kanalı NHK-nın məlumatına görə, Baş nazir Sanae Takaiçi zəlzələ ilə bağlı keçirdiyi mətbuat konfransında Kumamoto prefekturasında baş verən təbii fəlakət nəticəsində ölənlərin sayının 13-ə çatdığını açıqlayıb.

Kumamoto Prefekturası Administrasiyası isə zəlzələ nəticəsində 31 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığını bildirib.

7,1 bal gücündə qeydə alınan yeraltı təkanlar bölgədə genişmiqyaslı dağıntılara səbəb olub. Zəlzələ nəticəsində yanğınlar baş verib, yollar və körpülər dağılıb, infrastruktur ciddi ziyan görüb.

Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatına əsasən, zəlzələ dünən yerli vaxtla saat 16:27-də Uki və Hikava rayonları yaxınlığında baş verib. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə yerləşib.

Xatırladaq ki, 2016-cı ilin aprel ayında Kumamoto prefekturasında baş vermiş 7 bal gücündə zəlzələ nəticəsində 277 nəfər həyatını itirmişdi.

Qeyd edək ki, Yaponiya dünyanın ən yüksək seysmik riskə malik ölkələrindən biridir. Ölkə vulkanlar və okean xəndəklərinin yerləşdiyi "Sakit okean Odlar Halqası"  adlanan aktiv seysmik zonada yerləşir.

Paylaş:
58

Son xəbərlər

Bütün xəbərlər