Bu ölkədə Ebola epidemiyası başa çatdı | 1news.az | Xəbərlər
Dünya

Bu ölkədə Ebola epidemiyası başa çatdı

First News Media09:36 - 29 / 07 / 2026
Bu ölkədə Ebola epidemiyası başa çatdı

Uqanda hakimiyyəti may ayında ölkədə aşkarlanan Ebola epidemiyasının bitdiyini elan edib.

1news.az xəbər verir ki, bu barədə Uqanda Səhiyyə Nazirliyi X platformasında məlumat yayıb.

Məlumata görə, qərar ölkə daxilində yoluxmuş sonuncu xəstənin iyunun 16-da xəstəxanadan buraxılmasından sonra qəbul edilib.

Qeyd edək ki, Uqandada təsdiqlənmiş 20 yoluxma faktından 15-i Konqo Demokratik Respublikasından ölkəyə daxil olan şəxslərlə bağlı olub.

Paylaş:
232

Son xəbərlər

Bütün xəbərlər