Araz çayında batmaq təhlükəsi ilə üzləşən gənc son anda xilas olundu | 1news.az | Xəbərlər
Cəmiyyət

Araz çayında batmaq təhlükəsi ilə üzləşən gənc son anda xilas olundu

1news Redaksiyası09:41 - 29 / 07 / 2026
Araz çayında batmaq təhlükəsi ilə üzləşən gənc son anda xilas olundu

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Araz çayının İmişli rayonu, Qaralar kəndindən keçən hissəsində bir nəfərin çayda batma təhlükəsində olması barədə məlumat daxil olub.

Bu barədə 1news.az-a FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə tədbirləri sayəsində çayda köməksiz vəziyyətdə qalan vətəndaş – 2003-cü il təvəllüdlü İsmayıllı Ramin İmanqulu oğlu xilas edilib.

Paylaş:
232

Son xəbərlər

Lənkəranda zəlzələ olub

29 / 09 / 2026, 16:07
Bütün xəbərlər