Elon Mask trilyoner olmaqdan uzaqlaşdı - SƏBƏB | 1news.az | Xəbərlər
Dünya

Elon Mask trilyoner olmaqdan uzaqlaşdı - SƏBƏB

Oksana Orucova10:23 - Bu gün
Elon Mask trilyoner olmaqdan uzaqlaşdı - SƏBƏB

SpaceX şirkətinin səhmlərində baş verən kəskin ucuzlaşma Elon Maskın sərvətinə də təsir edib.

1news.az xarici mətbuata istinadən xəbər verir ki, şirkətin səhmləri ilkin kütləvi təklif (IPO) qiyməti ilə müqayisədə 22 faiz, iyunun 16-da qeydə alınan ən yüksək səviyyə ilə müqayisədə isə 48 faiz dəyər itirib.

Mütəxəssislər bunu qlobal bazarlarda süni intellekt sahəsinə yatırılan investisiyalarla bağlı artan narahatlıqlarla əlaqələndirirlər. Bu səbəbdən süni intellekt texnologiyalarına fokuslanan bir çox şirkətin səhmlərində satışlar güclənib.

Gələcəkdə gəlirlərinin böyük hissəsini süni intellekt layihələrindən əldə etməyi planlaşdıran SpaceX də bu prosesdən təsirlənən şirkətlər sırasındadır.

Səhmlərin ucuzlaşması nəticəsində Elon Maskın sərvəti də azalıb. O, iyunun 16-da sərvəti 1 trilyon dollara çatan ilk insan olmuşdu. Hazırda isə "Bloomberg Billionaires Index"-in məlumatına görə, Maskın sərvəti 724 milyard dollar təşkil edir.

Beləliklə, Elon Maskın yenidən 1 trilyon dollarlıq sərvət həddinə çatması üçün sərvətinin daha 276 milyard dollar artması lazımdır.

Paylaş:
65

Son xəbərlər

Bütün xəbərlər