Azərbaycanda miqrasiya sahəsində 27 xidmət elektronlaşdırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda miqrasiya sahəsində 27 xidmət elektronlaşdırılıb

Qafar Ağayev11:40 - Bu gün
Azərbaycanda miqrasiya sahəsində 27 xidmət elektronlaşdırılıb

“Azərbaycanda miqrasiya sahəsində göstərilən 27 xidmət artıq elektronlaşdırılıb”.

1news.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin məsul əməkdaşı Aygül Abbaszadə "Azərbaycanda miqrasiya idarəçiliyi, xidmətləri və miqrasiya tendensiyaları" mövzusunda keçirilən təqdimatda məlumat verib.

O bildirib ki, Dövlət Miqrasiya Xidmətinin vətəndaşlara təqdim etdiyi elektron xidmətlərin sayı artırılaraq 27-yə çatdırılıb.

A.Abbaszadə qeyd edib ki, "ASAN xidmət" mərkəzlərində miqrasiya sahəsi üzrə göstərilən 22 xidmətdən 16-sı ödənişsiz əsaslarla vətəndaşlara təqdim olunur.

Paylaş:
70

Son xəbərlər

Bütün xəbərlər