Vüsal Hüseynov: 17 ölkənin vətəndaşları Azərbaycana vizasız daxil ola bilirlər
Azərbaycanla 17 dövlət arasında vizasız gediş-gəliş rejimi mövcuddur, 89 dövlətin vətəndaşları "ASAN Viza" sistemi vasitəsilə elektron viza alaraq ölkəyə daxil ola bilirlər, 11 dövlətin vətəndaşlarına isə viza birbaşa dövlət sərhədinin buraxılış məntəqələrində verilir.
1news.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov "Miqrasiya sahəsində media məlumatlılığı" mövzusunda keçirilən mediatur zamanı çıxışında deyib.
O bildirib ki, Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkədə 15 gündən artıq qaldıqları halda yaşayış yeri üzrə qeydiyyata alınmalıdırlar.
DMX rəisinin sözlərinə görə, bu qeydiyyat qanunvericiliyin tələblərindən biridir və müəyyən edilmiş müddətdə həyata keçirilməlidir.












