DMX rəisi: İlin ilk 6 ayında ölkəyə gələnlərin sayında 10 faizlik azalma müşahidə olunub  | 1news.az | Xəbərlər
Cəmiyyət

DMX rəisi: İlin ilk 6 ayında ölkəyə gələnlərin sayında 10 faizlik azalma müşahidə olunub 

Qafar Ağayev11:51 - Bu gün
DMX rəisi: İlin ilk 6 ayında ölkəyə gələnlərin sayında 10 faizlik azalma müşahidə olunub 

“2026-cı ilin ilk 6 ayı ərzində ölkəyə 192 ölkənin vətəndaşı tərəfindən ümumilikdə 1 091 865 giriş qeydə alınıb”. 

1news.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov "Miqrasiya sahəsində media məlumatlılığı" mövzusunda keçirilən mediatur çərçivəsində deyib.

V. Hüseynov bildirib ki, ölkəyə gələn əcnəbilərin sayında 10 faizlik azalma var.

“2026-cı ilin ilk altı ayında Yaxın Şərq, Körfəz və Cənubi Asiya ölkələrindən Azərbaycana gələnlərin sayında azalma müşahidə olunub.

Onun sözlərinə görə, azalma əsasən Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Oman və Hindistan istiqamətlərində qeydə alınıb. Bu tendensiyaya regionda baş verən hərbi münaqişələr və geosiyasi proseslər təsir göstərib.

"Digər istiqamətlər üzrə, o cümlədən Avropa ölkələri, eləcə də türk dövlətləri - Qazaxıstan və Özbəkistandan gələnlərin sayında isə artım müşahidə olunur. Hazırkı göstəricilər ilin ilk altı ayını əhatə edir. Hesab edirəm ki, ilin sonunadək statistika dəyişə bilər", - deyə DMX rəisi vurğulayıb.

 

Paylaş:
70

Son xəbərlər

Bütün xəbərlər