Rusiya Telegram-ın yaradıcısı Pavel Durov barəsində beynəlxalq axtarış ELAN ETDİ | 1news.az | Xəbərlər
Dünya

Rusiya Telegram-ın yaradıcısı Pavel Durov barəsində beynəlxalq axtarış ELAN ETDİ

Oksana Orucova12:11 - Bu gün
Rusiya Telegram-ın yaradıcısı Pavel Durov barəsində beynəlxalq axtarış ELAN ETDİ

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Telegram sosial şəbəkəsinin yaradıcısı Pavel Durov barəsində beynəlxalq axtarış elan edildiyini açıqlayıb. 

1news.az xarici mediaya istinadən xəbər verir ki, qurum Durovu terror fəaliyyətlərinə şərait yaratmaqda ittiham edir.

FSB-nin məlumatına görə, qərar Telegram platformasında terror və ekstremist qrupların, eləcə də Ukraynanın xüsusi xidmət orqanlarının Rusiya ərazisində diversiya, terror aktları, kütləvi qətllər və kiberdələduzluq əməliyyatlarının hazırlanması və əlaqələndirilməsi üçün istifadə etdiyi iddia olunan məzmunun silinməməsi ilə bağlı verilib.

Qurum hesab edir ki, platforma qanunsuz fəaliyyətlərlə əlaqəli məzmunun qarşısının alınması istiqamətində kifayət qədər tədbir görməyib.

Məsələ ilə bağlı Telegram şirkəti hələlik rəsmi açıqlama verməyib.

Rusiyada anadan olan Pavel Durov hazırda Birləşmiş Ərəb Əmirlikləri və Fransa vətəndaşlığına malikdir. Fransa hüquq-mühafizə orqanları da Telegram platformasında cinayət xarakterli fəaliyyətlərin qarşısının alınmasında kifayət qədər əməkdaşlıq edilmədiyi və hüquq-mühafizə orqanlarının sorğularına lazımi səviyyədə cavab verilmədiyi iddiaları ilə bağlı Durov haqqında araşdırma aparır.

Pavel Durov isə irəli sürülən bütün ittihamları rədd edir.

Paylaş:
70

Son xəbərlər

Bütün xəbərlər