Ceyranbatan–Maştağa magistral su xəttində təmir başa çatmaq üzrədir
Ceyranbatan–Maştağa magistral su xəttində aparılan təmir-bərpa işləri yekunlaşmaq üzrədir.
Bu barədə 1news.az-a Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
Məlumata görə, xəttin 6-cı kilometrində diametri 1 200 millimetr olan magistral su kəmərinin istismar müddəti başa çatmış 22 metrlik qəzalı hissəsi yenisi ilə əvəz edilib.
Bildirilib ki, təmir işləri fasiləsiz rejimdə həyata keçirilib:
"Hazırda təmir-bərpa işləri başa çatmaq üzrədir. Növbəti mərhələdə magistral xətt yuyulacaq, içməli su ilə doldurulacaq, su müvafiq anbarlara ötürüləcək və daha sonra ərazidaxili şəbəkəyə veriləcək".
55












