Zaqatalada 14 nəfərin zəhərləndiyi dönərxana bağlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Zaqatalada 14 nəfərin zəhərləndiyi dönərxana bağlandı

First News Media16:42 - Bu gün
Zaqatalada 14 nəfərin zəhərləndiyi dönərxana bağlandı

Azərbaycan Təhlükəsizliyi Agentliyi Zaqatalada baş vermiş kütləvi zəhərlənmə ilə bağlı açıqlama yayıb.

1news.az xəbər verir ki, bu barədə qurumun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iyulun 29-da Zaqatala Rayon Mərkəzi Xəstəxanasından Qida Təhlükəsizliyi Agentliyinin 1003 - Çağrı Mərkəzinə rayon ərazisində yerləşən "Real" kafesində dönər məhsulundan zəhərlənmə şübhəsi ilə bağlı məlumat daxil olub.

"Agentliyin əməkdaşları tərəfindən araşdırmalar çərçivəsində toyuq dönəri məhsulundan, eləcə də istehlaka təqdim olunan digər qidalardan nümunələr götürülərək analizə cəlb olunub. Bununla yanaşı, "Real" kafesində plandankənar yoxlama aparılıb. Obyektin fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılıb.

Araşdırmaların və laborator müayinələrin yekun nəticələrinə uyğun olaraq qanunvericiliyin tələblərinə müvafiq tədbirlər görüləcək",- deyə məlumatda qeyd edilib.

TƏBİB-dən isə sorğumuza cavab olaraq bildirilib ki, dünən saat 09:30 radələrindən başlayaraq, 14 nəfər (9 kişi, 3 qadın cinsli, 2-si azyaşlı olmaqla) zəhərlənmə şübhəsi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Onlara zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirildilən şəxslərin hər biri ambulator müalicə üçün evə buraxılıblar", - məlumatda qeyd edilib.

Paylaş:
69

Son xəbərlər

Bütün xəbərlər