Pakistanda kömür mədənində partlayış: 32 şaxtaçı ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Pakistanda kömür mədənində partlayış: 32 şaxtaçı ölüb

Oksana Orucova10:57 - Bu gün
Pakistanda kömür mədənində partlayış: 32 şaxtaçı ölüb

Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətindəki kömür mədənində baş verən partlayış nəticəsində azı 32 şaxtaçı həyatını itirib.

1news.az xarici mediaya istinadən xəbər verir ki, mədən rəsmisi Qani Bəluç bildirib ki, əyalətin paytaxtı Kvetta yaxınlığındakı kömür mədənində metan qazının sıxılması nəticəsində partlayış baş verib.

Onun sözlərinə görə, axtarış-xilasetmə qrupları indiyədək 32 şaxtaçının meyitini dağıntılar altından çıxarıb. Daha 10 nəfərin isə hələ də uçqun altında qaldığı bildirilir.

Rəsmilər ölənlərin sayının artacağından ehtiyat edirlər.

Paylaş:
63

Son xəbərlər

Bütün xəbərlər