Nəzarətsiz qeyri-çimərlik ərazilərdə 40 nəfərin meyiti çıxarılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Nəzarətsiz qeyri-çimərlik ərazilərdə 40 nəfərin meyiti çıxarılıb

First News Media15:41 - Bu gün
Nəzarətsiz qeyri-çimərlik ərazilərdə 40 nəfərin meyiti çıxarılıb

Azərbaycanda çimərlik mövsümü başlayandan qeyri-çimərlik ərazilərdə suda batan 40 nəfərin meyiti çıxarılıb.

1news.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin nəzarət etdiyi çimərliklərdə 2026-cı ildə çimərlik mövsümü başlayandan bu günə kimi ölüm faktı qeydə alınmayıb.

Xidmətin dalğıc-xilasediciləri tərəfindən qeyd olunan dövr ərzində suda boğulma təhlükəsi ilə üzləşən 55 nəfər xilas edilib.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən nəzarətsiz qeyri-çimərlik ərazilərdə suda batan 40 nəfərin meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

"Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə, müraciət edərək, çimərlik kimi nəzərdə tutulmayan nəzarətsiz su hövzələrindən istifadə etməməyə çağırır", - məlumatda qeyd olunub.

Paylaş:
62

Son xəbərlər

Bütün xəbərlər