XİN: Azərbaycanda 2020-ci ildən bəri 433 nəfər mina qurbanı olub
2020-ci il müharibəsindən bəri Ermənistanın mina çirklənməsi nəticəsində 433 nəfər zərərçəkən olub.
1news.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" sosial media hesabında paylaşım olunub.
Bildirilib ki, növbəti mina partlayışı nəticəsində Azərbaycanın 2 vətəndaşı ağır yaralanıb.
Bu faciə minaların hələ də yaratdığı ağır humanitar nəticələri və günahsız insanların hər gün üzləşdiyi təhlükələri bir daha xatırladır.
Minalardan təmizləmə işlərinin genişləndirilməsi üçün beynəlxalq dəstəyin gücləndirilməsinə təcili ehtiyac var.
Minalardan azad gələcək dayanıqlı sülhün, inkişafın və insan təhlükəsizliyinin təmin olunmasının əsas şərtidir.
61












