Bakıda daha iki marşrut üzrə avtobuslar yenilənir | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda daha iki marşrut üzrə avtobuslar yenilənir

First News Media16:51 - Bu gün
Bakıda daha iki marşrut üzrə avtobuslar yenilənir

Bakıda 51 və 118A nömrəli marşrut xətləri üzrə sərnişinlərə xidmət göstərən avtobuslar yenilənir.

1news.az xəbər verir ki, avqustun 4-dən etibarən "Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzini Xətai rayonunun Polad Həşimov küçəsi ilə əlaqələndirən 51 nömrəli və Zabrat qəsəbəsinə xidmət göstərən 118A nömrəli marşrutlarda müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz edilmiş "King Long” markalı avtobuslar istismara veriləcək.

Hər iki marşrut üzrə ödəniş nağdsız qaydada həyata keçiriləcək. Gedişhaqqı isə 0,60 manat müəyyən edilib.

Paylaş:
69

Son xəbərlər

Bütün xəbərlər