Bakıda soyğunçuluq edən şəxs saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda soyğunçuluq edən şəxs saxlanıldı

1news Redaksiyası17:25 - 10 / 08 / 2026
Bakıda soyğunçuluq edən şəxs saxlanıldı

Paytaxtın Xəzər rayonu ərazisində soyğunçuluq hadisəsi baş verib.
 
1news.az xəbər verir ki, naməlum şəxs zərərçəkənə zor tətbiq edərək əlindəki mobil telefonu alıb və hadisə yerindən uzaqlaşıb.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 47 yaşlı V.Əliyev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş:
277

Son xəbərlər

Bütün xəbərlər