Yekaterina Sariyeva Azərbaycan rekordunu yeniləyib | 1news.az | Xəbərlər
İdman

Yekaterina Sariyeva Azərbaycan rekordunu yeniləyib

1news Redaksiyası10:13 - 11 / 08 / 2026
Yekaterina Sariyeva Azərbaycan rekordunu yeniləyib

Azərbaycan idmançısı Yekaterina Sariyeva İngiltərənin Birmingem şəhərində keçirilən atletika üzrə Avropa çempionatında üçtəkanla tullanma növündə ölkə rekordunu yeniləyib.

1news.az Azərbaycan Atletika Federasiyasına istinadən xəbər verir ki, o, 13,91 metr nəticə göstərib.

Bu nəticə Y.Sariyevaya qitə birinciliyinin final mərhələsinə yüksəlməyə imkan verməyib.

Qeyd edək ki, əvvəlki Azərbaycan rekordu (13,89 metr) da Y.Sariyevaya məxsus idi.

Paylaş:
316

Son xəbərlər

Bütün xəbərlər