Qusev Ukraynanın bərpasına dəstəyə görə İlham Əliyevə təşəkkür edib | 1news.az | Xəbərlər
Rəsmi

Qusev Ukraynanın bərpasına dəstəyə görə İlham Əliyevə təşəkkür edib

First News Media13:58 - Bu gün
Qusev Ukraynanın bərpasına dəstəyə görə İlham Əliyevə təşəkkür edib

Ukraynanın Bakıdakı səfiri Yuri Qusev həmrəyliyə və Ukraynanın bərpasına dəstək olaraq atılan konkret addımlara görə Prezident İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edib.

1news.az xəbər verir ki, bu barədə diplomat Azərbaycan Prezidentinə İrpen şəhərinin fəxri vətəndaşı vəsiqəsini təqdim etdiyi görüşün yekunları üzrə sosial şəbəkələrdə yazıb.

"Cənab Prezident, sizə və bütün Azərbaycana həmrəyliyə, Ukraynanın bərpası və dəstəklənməsi üçün konkret addımlara görə təşəkkür edirik", - diplomat qeyd edib.

Qusev vurğulayıb ki, İlham Əliyevə "İrpen şəhərinin fəxri vətəndaşı" adının verilməsi haqqında qərar İrpen Şəhər Şurası tərəfindən 2026-cı il aprelin 30-da qəbul edilib. Bu, Azərbaycan Prezidentinin və xalqının Rusiya-Ukrayna müharibəsinin ilk günlərindən, eləcə də şəhərin işğaldan azad edilməsindən sonra İrpen icmasına göstərdiyi dəstəyə verdiyi töhfənin tanınması olub.

"Azərbaycan İrpenin bərpasında əsas tərəfdaşlardan birinə çevrilib. Azərbaycanın dəstəyi ilə İrpen "Linqvist" humanitar liseyi və məsləhət-diaqnostika poliklinikası artıq bərpa edilib", - Qusev qeyd edib.

Səfirin sözlərinə görə, qarşıda mənzil inşası, idman məktəbinin və Mərkəzi Mədəniyyət Evinin bərpası, eləcə də müasir incəsənət mərkəzinin yaradılması daxil olmaqla, yeni irimiqyaslı layihələrin həyata keçirilməsi durur.

O vurğulayıb ki, Prezident İlham Əliyevə qəhrəman şəhər İrpenin fəxri vətəndaşlığının verilməsi haqqında qərar, eyni zamanda, Ukrayna və Azərbaycan xalqları arasındakı dərin dostluğun simvoludur.

Paylaş:
63

Son xəbərlər

Bütün xəbərlər