“Azərsığorta” və “Azəralüminium” İnvestisiya Holdinqinin siyahısından çıxarılıb | 1news.az | Xəbərlər
Rəsmi

“Azərsığorta” və “Azəralüminium” İnvestisiya Holdinqinin siyahısından çıxarılıb

1news Redaksiyası16:48 - Bu gün
“Azərsığorta” və “Azəralüminium” İnvestisiya Holdinqinin siyahısından çıxarılıb

Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısına dəyişiklik edilib.

1news.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti və “Azərbaycan alüminiumu” Açıq Səhmdar Cəmiyyəti ləğv olunmları ilə əlaqədar siyahıdan çıxarılıb.

Paylaş:
66

Son xəbərlər

Bütün xəbərlər