"Nyukasl" Jorj Mikautadzeni transfer etmək istəyir
İngiltərənin "Nyukasl" klubu Gürcüstan millisinin futbolçusu Jorj Mikautadzeni heyətinə cəlb etmək istəyir.
1news.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "sağsağanlar" 25 yaşlı hücumçu üçün 47 milyon funt sterlinq təklif etməyi planlaşdırır.
"Barselona" da forvardla yaxından maraqlanır.
Xatırladaq ki, Jorj Mikautadze ötən mövsüm La Liqada 13 qolla yadda qalıb.
46












