“Gənclik Mall”da təhlükəsizlik siqnalı verildi, vətəndaşlar təxliyə olundu | 1news.az | Xəbərlər
Cəmiyyət

“Gənclik Mall”da təhlükəsizlik siqnalı verildi, vətəndaşlar təxliyə olundu

Qafar Ağayev11:03 - Bu gün
“Gənclik Mall”da təhlükəsizlik siqnalı verildi, vətəndaşlar təxliyə olundu

Nərimanov rayonunda, Fətəli Xan Xoyski küçəsində yerləşən “Gənclik Mall” ticarət mərkəzində təhlükəsizlik siqnalı verilib.

1news.az-ın Bakıvaxtı.az-a istinadən məlumata görə, belə ki, ticarət mərkəzində qəfil təhlükəsizlik siqnalı işə düşüb və müştərilərin təxliyəsinə başlanılıb. Təxliyənin əvvəlcədən elan edilməməsi bəzi müştərilər arasında çaşqınlıq və narahatlıq yaradıb.

Ticarət mərkəzindən kənara çıxarılan şəxslər sonradan təxliyənin təlim xarakterli olduğunu anlayıblar.

Hadisə zamanı hər hansı real təhlükənin olub-olmadığı və təlimin hansı məqsədlə keçirildiyi ilə bağlı əlavə məlumat verilməyib.

Paylaş:
43

Son xəbərlər

Bütün xəbərlər