Gəncədə zibil poliqonunda ölü döl tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə zibil poliqonunda ölü döl tapılıb

First News Media11:19 - Bu gün
Gəncədə zibil poliqonunda ölü döl tapılıb

Dünən Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən zibil poliqonunda ölü dölün aşkar edilməsi faktı üzrə Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

Bu barədə 1news.az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və aşkar edilmiş ölü dölə baxış keçirilib, məhkəmə-tibbi ekspertizası təyin olunub, habelə hadisənin hallarının müəyyənləşdirilməsi məqsədilə digər zəruri prosessual hərəkətlər icra edilib.

Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcəkdir.

Paylaş:
162

Son xəbərlər

Bütün xəbərlər