Azərbaycanla vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələrin sayı artırılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanla vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələrin sayı artırılacaq

First News Media16:51 - Bu gün
Azərbaycanla vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələrin sayı artırılacaq

Azərbaycanla vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələrin sayı artırılacaq.

1news.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planında öz əksini tapıb.

Belə ki, Proqramın aralıq nəticəsi kimi, 28 hədəf turizm ölkəsinin vətəndaşları üçün vizasız gediş-gəliş rejiminin tətbiqinin təmin edilməsi nəzərdə tutulur. Yekun hədəf isə bu göstəricinin 34 ölkəyə çatdırılmasıdır.

Tədbirin icra müddəti 2026-2030-cu illəri əhatə edir.

Qeyd edək ki, Azərbaycan vətəndaşları hazırda 95 ölkəyə vizasız səfər edir.

Paylaş:
94

Son xəbərlər

Bütün xəbərlər