İtkin-şəhid Cümşüd Məmmədovun qalıqları Laçında torpağa tapşırılıb
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Məmmədov Cümşüd Həsənxan oğlunun nəşinin qalıqları ailəsinə təhvil verilib.
1news.az APA-ya istinadən xəbər verir ki, şəhid Cümşüd Məmmədovla vida mərasimi keçirilib, şəhidin qalıqları Laçın şəhərində Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin doğmaları, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.
1962-ci ildə Laçın rayonunun Katos kəndində anadan olan Cümşüd Məmmədov 18 may 1992-ci ildə Laçın rayonunun Zabux kəndində itkin düşüb.





55












