TƏBİB-dən biabırçı vəziyyətdə olan xəstəxana ilə bağlı açıqlama: Görüntülərdə əks olunan hissə hazırda istifadə edilmir | 1news.az | Xəbərlər
Cəmiyyət

TƏBİB-dən biabırçı vəziyyətdə olan xəstəxana ilə bağlı açıqlama: Görüntülərdə əks olunan hissə hazırda istifadə edilmir

Qafar Ağayev14:14 - Bu gün
TƏBİB-dən biabırçı vəziyyətdə olan xəstəxana ilə bağlı açıqlama: Görüntülərdə əks olunan hissə hazırda istifadə edilmir

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sosial şəbəkələrdə Bakıda 6 saylı Uşaq Kliniki Xəstəxanasında antisanitar şəraiti əks etdirən görüntülərlə bağlı açıqlama verib.

TƏBİB-dən 1news.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən tibb müəssisəsi köhnə binada fəaliyyət göstərir.

Qeyd olunub ki, sosial şəbəkələrdə yayılan görüntülərdə əks olunan hissə hazırda istifadə edilmir və xəstəxananın fəaliyyət zonasına daxil deyil.

“Həmin ərazidən tibb personalı, həkimlər və pasiyentlər istifadə etmir”, - deyə TƏBİB-in açıqlamasında bildirilib.

Qeyd edək ki, ötən gün jurnalist Ramilə Qurbanlı sosial şəbəkə hesabında Bakıda 6 saylı Uşaq Kliniki Xəstəxanasında antisanitar şəraitin hökm sürdüyünü əks etdirən fotolar paylaşmışdı.

Paylaş:
52

Son xəbərlər

Bütün xəbərlər