32 il sonra Birinci Qarabağ müharibəsinin itkin-şəhidi dəfn edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

32 il sonra Birinci Qarabağ müharibəsinin itkin-şəhidi dəfn edildi

First News Media12:23 - Bu gün
32 il sonra Birinci Qarabağ müharibəsinin itkin-şəhidi dəfn edildi

Birinci Qarabağ müharibəsinin itkin-şəhidi İsmayılov Sərdar Cəfər oğlunun nəşinin qalıqları ailəsinə təhvil verilib.

1news.az APA-ya istinadən xəbər verir ki, şəhid hərbçi ilə Neftçala rayonunun Astanlı kəndində şəhidin doğulub boya-başa çatdığı evdə vida mərasimi keçirilib.

Mərasimdə şəhidin ailə üzvləri, rayon İcra Hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Cənazə namazı qılınıb.

Şəhidin nəşinin qalıqları hərbi orkestrin müşayiəti və yaylım atəşi altında Astanlı kənd qəbiristanlığında - Şəhidlər cərgəsində torpağa tapşırılıb.

Qeyd edək ki, Sərdar İsmayılov 27 avqust 1971-ci ildə Neftçala rayonunun Astanlı kəndində anadan olub. O, Birinci Qarabağ müharibəsi zamanı döyüşlərə qatılıb və 25 oktyabr 1992-ci ildə Ağdərə rayonunun Çıldıran kəndi uğrunda döyüşlərdə itkin düşüb.

Paylaş:
49

Son xəbərlər

Bütün xəbərlər