Dövlət Başçısı: Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb | 1news.az | Xəbərlər
Siyasət

Dövlət Başçısı: Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb

First News Media14:10 - Bu gün
Dövlət Başçısı: Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb

İqtisadi-ticari əməkdaşlığımız son illərdə sürətli inkişaf dinamikası nümayiş etdirir. Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə üç dəfədən çox artıb və 795 milyon dollar təşkil edib.

1news.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində bildirib.

Bunun əla göstərici olduğunu vurğulayan dövlətimizin başçısı deyib: “Bundan əlavə, 2026-cı ilin yanvar-may aylarında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz artaraq 144 milyon dollara çatıb”.

Paylaş:
43

Son xəbərlər

Bütün xəbərlər