"Sabah"-"Hapoel" matçına 15 min bilet satılıb | 1news.az | Xəbərlər
İdman

"Sabah"-"Hapoel" matçına 15 min bilet satılıb

First News Media16:17 - Bu gün
"Sabah"-"Hapoel" matçına 15 min bilet satılıb

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva) oyununa 15 min bilet satılıb.

1news.az xəbər verir ki, bunu Bakı təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Qarşılaşma avqustun 25-də saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Qeyd edək ki, tərəflər arasında Rumıniyanın paytaxtı Buxarestdə keçirilən ilk oyun "Hapoel"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Paylaş:
48

Son xəbərlər

Bütün xəbərlər