Kəlbəcər–Laçın avtomobil yolunun tikintisi üzrə işlərin 50%-dən çoxu icra olunub - VİDEO
Kəlbəcər–Laçın avtomobil yolunun tikintisi üzrə işlərin 50%-dən çoxu icra olunub.
1news.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir ki, mürəkkəb dağlıq relyefdə inşa olunan 75,8 kilometrlik yol I–II texniki dərəcəli, 2–4 hərəkət zolaqlı olacaq.
Layihə çərçivəsində 17 tunel, 7 viaduk, 14 körpü və 212 suötürücü keçidin inşası aparılır. Ümumi uzunluğu 13 kilometrdən çox olan tunellərin hamısında qazma, 12-də isə betonlama işləri tamamlanıb.
Tikinti sahələrində 2 085-dən çox işçi və 509 texnika çalışır.
Yeni avtomobil yolunun istifadəyə verilməsi ilə Kəlbəcər və Laçın arasındakı məsafə 31,98 kilometr qısalacaq. Yeni yol, həmçinin regionda yeni nəqliyyat dəhlizinin formalaşmasına xidmət edəcək.












