Xalq artistini maşın vurub, vəziyyəti ağırdır
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin üzvü, Xalq artisti, "Şöhrət" ordenli aktrisa Şükufə Yusupova ağır yol nəqliyyat hadisəsi keçirib, hazırda vəziyyəti ağırdır.
1news.az xəbər verir ki, bu barədə AKİ məlumat yayıb.
Qeyd olunub ki, Xalq artisti Kliniki Tibbi Mərkəzə gətirilib, əməliyyat tələb olunur.
Məsələ ilə bağlı KTM-in mətbuat katibi Ruzbeh Məmməd məlumat verib ki, avqustun 21-i saat 18:44 radələrində 1954-cü il təvəllüdlü qadın Kliniki Tibbi Mərkəzin (KTM) Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul olunub.
O qeyd edib ki, pasiyentə dərhal ilkin zəruri tibbi xidmətlər göstərilib və müayinələr aparılıb:
"Aparılan müayinələrin nəticələrinə əsasən pasiyentə çanaq və qabırğanın sınıqları diaqnozları təyin edilib. Hazırda xəstənin vəziyyəti ağır qiymətləndirilir, müalicəsi Reanimasiya şöbəsində davam etdirilir".












