Astarada dənizdə boğulduğu deyilən şəxsin ölkə xaricinə getdiyi məlum olub
Avqustun 19-da saat 19 radələrində Masallı rayon sakini 36 yaşlı Elmar Məmmədlinin Xəzər dənizinin Astara şəhəri ərazisindəki çimərliyində boğulması, meyitinin isə suda itkin düşməsi barədə polisə məlumat daxil olub.
1news.az-ın "Report"a istinadən məlumatına görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları həmin şəxsin suda boğulmadığını, avqustun 20-də hava yolu ilə ölkə hüdudlarını tərk etdiyini müəyyən edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
65












