BDYPİ-dən vacib çağırış: Telefona yox, yola diqqət edin! | 1news.az | Xəbərlər
Cəmiyyət

BDYPİ-dən vacib çağırış: Telefona yox, yola diqqət edin!

First News Media09:36 - Bu gün
BDYPİ-dən vacib çağırış: Telefona yox, yola diqqət edin!

BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib.

1news.az xəbər verir ki, müraciətdə deyilir:

“Müasir dövrdə mobil telefon gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilsə də, yol hərəkəti zamanı ondan diqqətsiz istifadə ciddi təhlükələrə səbəb ola bilər. Xüsusilə nəqliyyat vasitəsini idarə edərkən diqqətin telefona yönəldilməsi ətrafda baş verənləri vaxtında görməyə və yaranan təhlükəni düzgün qiymətləndirməyə mane olur.

Sükan arxasında mobil telefondan istifadə sürücünün diqqətini yayındırır, reaksiyasını ləngidir, nəqliyyat vasitəsinə nəzarəti zəiflədir və qəfil yaranan təhlükəyə gec reaksiya verməsinə səbəb ola bilər.

Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri sükan arxasında mobil telefondan istifadə etməməyə, diqqətlərini yalnız yola və nəqliyyat vasitəsinin təhlükəsiz idarə olunmasına yönəltməyə çağırır. Eyni zamanda, piyadalar da yolu müəyyən edilmiş keçidlərdən keçərkən mobil telefondan mümkün qədər az istifadə etməli, diqqətlərini yol şəraitinə və yaxınlaşan nəqliyyat vasitələrinə yönəltməlidirlər.

Unutmayın: Yolda bir anlıq diqqətsizlik geri dönüşü olmayan nəticələrə səbəb ola bilər!”.

Paylaş:
110

Son xəbərlər

Bütün xəbərlər