Rusiyadan Ermənistana Azərbaycandan tranzitlə yeni tədarük | 1news.az | Xəbərlər
Cəmiyyət

Rusiyadan Ermənistana Azərbaycandan tranzitlə yeni tədarük

1news Redaksiyası11:50 - 24 / 08 / 2026
Rusiyadan Ermənistana Azərbaycandan tranzitlə yeni tədarük

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

1news.az APA-ya istinadən xəbər verir ki, çəkisi 242 ton olan 7 vaqondan ibarət propan Biləcəri stansiyasından yola salınıb.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 50 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1172 ton propan, 133 ton alüminium , 1114 ton kömür və 67 ton taxta göndərilib.

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

Paylaş:
167

Son xəbərlər

Bütün xəbərlər