Xətaidə yanğın törədən şəxs xüsusi təyinatlı tibb müəssisəsinə yerləşdirildi
Paytaxtın Xətai rayonunda hündürmərtəbəli yaşayış binasında mənzil sahibi tərəfindən yandırılıb.
1news.az-ın APA-ya istinadən məlumata görə, yanğın hadisəsini qəsdən törətməkdə şübhəli bilinən 47 yaşlı şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalarla onun ruhi-əsəb xəstəliklərindən əziyyət çəkdiyi məlum olub.
Həmin şəxsin xüsusi təyinatlı tibb müəssisəsinə yerləşdirilməsi təmin edilib.
Qeyd edək ki, hadisə dünən axşam saatlarında Həzi Aslanov metrostansiyasının yaxınlığındakı binalardan birində baş verib.
62












