ADY Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin etdi | 1news.az | Xəbərlər
İqtisadiyyat

ADY Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin etdi

13:27 - Bu gün
ADY Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin etdi

ADY Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək

1news.az xəbər verir ki, artan sərnişin tələbatını qarşılamaq məqsədilə 5, 6, 12 və 13 sentyabr tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək.

Bildirilib ki, sözügedən istiqamət üzrə, eyni zamanda, Bakı–Qazax–Bakı marşrutu ilə ənənəvi qrafikə uyğun olaraq gündəlik səfərlər də təşkil olunur.

Qeyd edək ki, biletləri Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından, ADY-nin rəsmi saytından, həmçinin “ADY Mobile” tətbiqindən əldə etmək mümkündür.

Paylaş:
42

Son xəbərlər

Bütün xəbərlər