Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib | 1news.az | Xəbərlər
Siyasət

Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib

1news Redaksiyası12:54 - 26 / 08 / 2026
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

1news.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli Mehriban Arif qızı.

Sizə olan dərin ehtiramımı və doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Sizə möhkəm cansağlığı, rifah, tükənməz enerji, xoşbəxtlik və çoxşaxəli fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın möhkəmləndirilməsinə göstərdiyiniz dəstəyə görə Sizə səmimi minnətdarlığımı bildirirəm.

Əminəm ki, ikitərəfli qarşılıqlı fəaliyyət bundan sonra da uğurla inkişaf edəcək, yeni birgə təşəbbüs və layihələrin həyata keçirilməsinə imkan yaradacaq".

Paylaş:
239

Son xəbərlər

Bütün xəbərlər