Goranboyda avtomobilin vurduğu azyaşlı ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Goranboyda avtomobilin vurduğu azyaşlı ölüb

1news Redaksiyası17:03 - Bu gün
Goranboyda avtomobilin vurduğu azyaşlı ölüb

Goranboy rayonunda azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Şahməmmədli kəndində qeydə alınıb.

Təxminən 13 yaşlarında olan oğlan uşağını avtomobil vurub. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.

Paylaş:
48

Son xəbərlər

Bütün xəbərlər