Azərbaycan futbol yığması İrlandiyaya 16:0 uduzub | 1news.az | Xəbərlər
İdman

Azərbaycan futbol yığması İrlandiyaya 16:0 uduzub

1news Redaksiyası16:58 - 28 / 09 / 2026
Azərbaycan futbol yığması İrlandiyaya 16:0 uduzub

17 yaşadək qızlardan ibarət Azərbaycan futbol üzrə millisi növbəti matçını keçirib.

1news.az xəbər verir ki, yığmamız Avropa çempionatının seçmə mərhələsində İrlandiya ilə qarşılaşıb.

Görüş komandamız üçün məğlubiyyətlə sonlanıb. Təmsilçilərimiz ilk hissədə 9, ikinci yarıda 7 qol buraxıblar.

Matç rəqibin 16:0 hesablı qələbəsi ilə nəticələnib.

Qeyd edək ki, bu, seçmə mərhələsinin I turunun oyunu olub.

Paylaş:
547

Son xəbərlər

Bütün xəbərlər