Azərbaycan kikboksçuları dünya çempionatında 16 medal qazanıblar | 1news.az | Xəbərlər
İdman

Azərbaycan kikboksçuları dünya çempionatında 16 medal qazanıblar

1news Redaksiyası17:15 - Bu gün
Azərbaycan kikboksçuları dünya çempionatında 16 medal qazanıblar

Azərbaycan kikboksçuları İtaliyanın Jesolo bölgəsində keçirilmiş WAKO versiyası üzrə gənc və yeniyetmələrin dünya çempionatında uğurlu çıxış ediblər.

1news.az report-a istinadən xəbər verir ki, komanda üzvləri 79 ölkənin iştirak etdiyi yarışda 16 medal qazanıblar.

Mükafatlardan 10-u qızıl, 4-ü gümüş, 2-si bürünc əyarlıdır.

Gənclərdən Əli Mayılzadə (57 kq), Adil Əsədov (54 kq) və Gülgəz İbrahimli (48 kq) qızıl medal qazanıb.

Yeniyetmələrdən Hüseyn Mahmudzadə (42 kq), Seymur Quliyev (45 kq), Hüseyn Əmirli (45 kq), Nizami Əliyev (48 kq), Ayxan Allahyarlı (54 kq), Cəmil Məmmədov (42 kq) və Eldar Rzayev (75 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Komanda medalların sayına görə üçüncü pillədə qərarlaşıb.

Yığmaya Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenta Eduard Məmmədov başçılıq edib.

Hakimlərimizdən Aydın Koç Ağabəyov və Anar Məmmədov beynəlxalq A dərəcəli hakimlik statuslarını yeniləyiblər. Anar Məmmədov turnirin ən yaxşı hakiminə verilən "Best Referee Ring" mükafatına da layiq görülüb.

Paylaş:
47

Son xəbərlər

Bütün xəbərlər