"Neftçi" Alessio Kurçi ilə yollarını ayırıb | 1news.az | Xəbərlər
İdman

"Neftçi" Alessio Kurçi ilə yollarını ayırıb

First News Media13:09 - Bu gün
"Neftçi" Alessio Kurçi ilə yollarını ayırıb

"Neftçi" ilə futbolçu Alessio Kurçi arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

1news.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Ötən ilin yayında transfer olunan lüksemburqlu hücumçu "Neftçi"nin heyətində 19 rəsmi oyun keçirib. O, bu görüşlərdə 2 qol vurub və 1 məhsuldar ötürmə müəllifi olub.

Paylaş:
34

Son xəbərlər

Bütün xəbərlər