Şavkat Mirziyoyev Mehriban Əliyevanı təbrik etdi | 1news.az | Xəbərlər
Siyasət

Şavkat Mirziyoyev Mehriban Əliyevanı təbrik etdi

First News Media16:55 - Bu gün
Şavkat Mirziyoyev Mehriban Əliyevanı təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib.

1news.az-ın məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli Mehriban Arif qızı.

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm.

Bu əlamətdar gündə Azərbaycan xalqının rifahının təmin olunmasına, təhsil, elm, mədəniyyət və incəsənətin inkişafına, Azərbaycanın zəngin tarixi-mədəni irsinin qorunub saxlanılmasına və təbliğinə yönəlmiş çoxşaxəli dövləti və ictimai fəaliyyətinizə dərin hörmətimi və səmimi heyranlığımı ifadə etmək istəyirəm.

Özbəkistanda Sizə xüsusi rəğbət və ehtiram bəslənilir, Özbəkistan-Azərbaycan münasibətlərinin ardıcıl şəkildə dərinləşdirilməsinə göstərdiyiniz daimi həssas diqqət yüksək qiymətləndirilir.

Ailələrimiz arasında mövcud səmimi və mehriban münasibətlər xüsusi sevinc hissi doğurur. Əminəm ki, bu dostluq və qarşılıqlı hörmət mühiti hazırda Özbəkistanı və Azərbaycanı birləşdirən həqiqi qardaşlıq bağlarının parlaq ifadəsidir.

Əminəm ki, Sizin şəxsi iştirakınız bundan sonra da ölkələrimiz arasında humanitar və mədəni əlaqələrin möhkəmləndirilməsinə, xalqlarımızın yaxınlaşmasına və zəngin ümumi irsimizin gələcək nəsillər üçün qorunub saxlanılmasına hərtərəfli töhfə verəcək.

Hörmətli Mehriban Arif qızı, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, tükənməz enerji, xoşbəxtlik və firavanlıq, qardaş Azərbaycan xalqına isə sülh və davamlı tərəqqi arzulayıram".

Paylaş:
44

Son xəbərlər

Bütün xəbərlər